Ermənistan İrandan təbii qazın idxalını artıracaq

Ermənistan İrandan təbii qazın idxalını artıracaq
# 23 mart 2014 16:12 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Ermənistan İrandan təbii qazın idxalını artıracaq.

APA-nın “Press TV”yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan bildirib.

Onun sözlərinə görə, Ermənistan yaxın günlərdə İrandan “mavi yanacağ”ın miqdarını artırmaq üçün müzakirə masası arxasına oturacaq.

A. Movsisyan deyib ki, Ermənistan İrandan illik 2 mlrd. kubmetr təbii qaz satın almaq istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR