Gürcüstan parlamentində bomba həyəcanı yaşanıb

Gürcüstan parlamentində bomba həyəcanı yaşanıb
# 06 sentyabr 2013 20:32 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında Gürcüstan parlamentində bomba həyəcan yaşanıb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, buna səbəb parlament binasına bomba qoyulması barədə anonim zəng olub.

“Rustavi 2” telekanalının məlumatına görə, bomba xəbəri saat 21.00-dan sonra daxil olub. Həmin vaxt partlamentdə plenar iclas gedirdi. Parlamentin spikeri David Usupaşvili iclası yarımçıq kəsərək deputatları binanı tərk etməyə çağırıb.

Parlament binası polis tərəfindən mühasirəyə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR