İnquşetiyanın Malqobek şəhərində Heydər Əliyevin adına xiyabanın açılışı olub - FOTOSESSİYA

İnquşetiyanın Malqobek şəhərində Heydər Əliyevin adına xiyabanın açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 06 noyabr 2013 14:37 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiya Federasiyası İnquşetiya Respublikasının Malqobek şəhərinin 80 illiyi ilə bağlı tədbirlər çərçivəsində Heydər Əliyeva adına xiyabanın açılışı olub. APA-nın Malqobek bələdiyyəsinin saytına istinadən verdiyi məlumata görə, açılış mərasimində İnquşetiya prezidenti Yunusbek Yevkurov, Malqobek şəhərinin Azərbaycan diasporunun nümayəndələri, Böyük Vətən Müharibəsi veteranları və şəhər sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən İnquşetiya prezidenti bildirib ki, xiyaban Rusiya və Azərbaycan arasında mövcud olan sarsılmaz dostluq əlaqələrini və birliyini özündə ifadə edir: “Bir çox insanların əməlləri unudulur, amma Heydər Əliyev kimi insanın xidmətləri unudulmur. Heydər Əliyev özündən sonra onun xatirəsini saxlayan Azərbaycan xalqının ən görkəmli nümayəndələrdən biridir”. Y.Yevkurov eyni zamanda əlavə edib ki, Azərbaycan diasporu regionda cərəyan edən siyasi proseslərdə və ictimai həyatda fəal iştirak edir.

Azərbaycan diasporunun rəhbəri Rəhmətüllah Babayev isə xiyabanın açılışına görə respublika başçısına təşəkkür edib və bildirib ki, İnquşetiya rəhbərliyi iki xalq arasında dost və mehriban əlaqələrin qurulmasında ciddi addımlar atır.

R.Babayev çıxışında, həmçinin Malqobek şəhərini faşistlərdən qoruyan azərbaycanlıların xatirəsini əbədiləşdirilməsinə görə təşəkkürlərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR