Balakənin 3 kəndinə qaz verilib

Balakənin 3 kəndinə qaz verilib
# 08 oktyabr 2013 16:22 (UTC +04:00)

Balakən. Vüqar Heydərov – APA. Bu gün Balakən rayonunun Roçəhməd, Böyük Tala və Əyri Tala kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, tədbirdə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Bildirilib ki, kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 12,5 kilometr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 94 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR