Macarıstan Qadın Biznes Liderləri Forumunun nümayəndələri Azərbaycana səfər edəcəklər

Macarıstan Qadın Biznes Liderləri Forumunun nümayəndələri Azərbaycana səfər edəcəklər
# 27 aprel 2014 09:47 (UTC +04:00)

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, Macarıstan Biznes Liderləri Forumunun tərkibinə daxil olan Qadın Biznes Liderləri Forumunun təsisçisi, Macarıstanın Böyük Britaniyadakı keçmiş səfiri xanım Borbola Çako və həmin qurumun icraçı direktoru xanım Adrianı Küncön başda olmaqla Forum nümayəndələri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Konstitusiya məhkəməsində, İqtisadiyyat və Sənaye Nazirliyində və digər dövlət orqanları və ali təhsil ocaqlarında görüşlər keçirəcəklər.

Qonaqların Azərbaycanın tarixi-mədəni abidələrini ziyarəti, Qəbələ, Şəki, Lahıc, Qobustan və Şamaxıya səfərləri təşkil ediləcək.

2005-ci ildə təsis edilmiş Qadın Biznes Liderləri Forumunun əsas məqsədi qadınlara biznes sahəsində və ictimai-sosial fəaliyyətlərində bərabər hüquqların təmin edilməsidir. Forumda təmsil olunan Macarıstanın siyasi, biznes və qeyri-hökumət dairələrinin tanınmış xanım nümayəndələri bu günə kimi London, Brüssel, Vyana, Nyu-York, Vaşinqton, Təl-Əviv, Reykyavik və başqa şəhərlərdə səfərdə olub, hökumət nümayəndələri və qeyri-hökumət təşkilatları ilə səmərəli görüşlər keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR