Prezident İlham Əliyev Əli İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Əli İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
# 03 sentyabr 2013 16:16 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Əli İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, 2013-cü ildə Azərbaycanın tanınmış dövlət xadimi Əli İsmayıl oğlu İbrahimovun anadan olmasının 100 illiyi tamam olur. Uzun illər müxtəlif məsul vəzifələrdə çalışdığı və Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində Əli İbrahimov özünün zəngin idarəçilik təcrübəsi, təşkilatçılıq bacarığı və səmərəli fəaliyyəti ilə respublikanın sosial-iqtisadi inkişafına sanballı töhfələr verib.

Sərəncama əsasən, İqtisadi İnkişaf Nazirliyinə Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə Əli İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR