Azərbaycan prezidenti Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

Azərbaycan prezidenti Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul edib - <span style="color: red;">FOTO
# 23 oktyabr 2013 14:05 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev oktyabrın 23-də Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarın etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir oktyabrın 9-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə prezident İlham Əliyevi təbrik edib. Ölkələr arasında ikitərəfli münasibətlərin qurulmasından 20 il keçdiyini vurğulayan səfir əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət başçısı Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu deyən prezident iqtisadi, kənd təsərrüfatı, biznes, turizm və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR