Suriyadakı islamçılar qafqazlılardan ibarət silahlı dəstə barədə açıqlama verib

Suriyadakı islamçılar qafqazlılardan ibarət silahlı dəstə barədə açıqlama verib
# 20 sentyabr 2013 00:06 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl-Qüds əl ərəbi” xəbər portalı məlumat yayıb.

Mənbənin verdiyi xəbərə görə, çeçen Əbu Əbdürrəhmanın rəhbəri olduğu dəstə “Əl Mühacirin” (mühacirlər) adlanır. Qruplaşmada 1000-dən çox silahlı var və onların əksəriyyəti vaxtilə Qafqazda müxtəlif döyüşlərdə iştirak edib.

Əbu Əbdürrəhman qeyd olunan nəşrə müsahibəsində bildirib ki, Hələbdə “Əl Mühacirin” silahlıları üçün təlim düşərgəsi salınıb. Silahlılar orada hərbi hazırlıq keçdikdən sonra döyüş bölgəsinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR