Bakı. Anaxanım Hidayətova-APA. Brüsseldə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə görüşüb. APA-nın Ukrayna XİN-ə istinadən yaydığı məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.