Göyçayda bərbərxanada yanğın olub

Göyçayda bərbərxanada yanğın olub
# 06 aprel 2014 10:49 (UTC +04:00)
Bakı – APA. Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan bərbərxananın tavanı 2 kv.m sahədə, içərisində olan 1 ədəd kreslo və divan yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, bərbərxananın qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR