Ramiz Həsənov: “Elə insanlar var ki, pula görə hər şeyə göz yumur, onları ifşa etməyə çalışırıq”

Ramiz Həsənov: “Elə insanlar var ki, pula görə hər şeyə göz yumur, onları ifşa etməyə çalışırıq”
# 03 iyun 2014 09:58 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

R. Həsənov bildirib ki, artıq dövlət komitəsi nə vaxt və hansı müəssisələrdə monitorinq aparacağı ilə bağlı Ədliyyə Nazirliyinin reyestr xidmətinə məlumat təqdim edib: “Monitorinqlər qazlı və qazsız su istehsalı müəssisələrini əhatə edəcək. Plandan kənar vətəndaşların müraciətinə əsasən belə monitorinqlərin aparılması da mümkündür. Digər tərəfdən, biz özümüz ticarət şəbəkələrindən məhsulları alır, onların keyfiyyətini laboratoriyalarda yoxlayırıq. Bu zaman hər hansı problem ortaya çıxırsa, o halda Ədliyyə Nazirliyinin reyestrindən çıxarış alıb, həmin müəssisədə yoxlama aparırıq. Təəssüf ki, elə insanlar var ki, pula görə hər şeyə göz yumur, pis şəraitdə məhsul istehsal edirlər. Biz də belə istehsalçıları ifşa etməyə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR