Azərbaycanda avtomobillərin könüllü sığortası bazarı 34% azalıb

Azərbaycanda avtomobillərin könüllü sığortası bazarı 34% azalıb
# 13 iyun 2014 13:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda avtomobillərin könüllü sığortası bazarı 34% azalıb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

Onun sözlərinə görə, əsas sığorta növləri arasında ən ciddi azalma kasko sığortada qeydə alınıb. Belə ki, ilk 5 ayda bu sığorta üzrə yığımlar 34% azalaraq 14,4 mln. manat olub.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar isə 8% azalaraq 25,2 mln. manat təşkil edib.

O. Bayramov bildirib ki, kasko sığortanın azalmasının əsas səbəbi avtomobil kreditlərinin azalmasıdır. Onun sözlərinə görə, avtokreditlərin azalması yalnız yeni avtomobillərin sığortasına yox, işlənmiş avtomobillərin sığortasına da təsir edib. “Bəzi hallarda işlənmiş avtomobillərin sahibləri öz maşınlarını satıb yenisini alırdılar. Bu zaman həm müştərinin yeni aldığı avtomobil, həm də onun satdığı avtomobil öz yeni sahibi tərəfindən sığotalanırdı. Yəni, bir nəfərin öz avtomobilini dəyişməsi iki avtomobilin sığortalanmasına səbəb olurdu. İndi isə avtokreditlər azaldığına görə, avtomobilini dəyişmək istəyənlərin sayı azalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR