Bakıda «Sənayedə brendləşmə» mövzusunda seminar keçirilib

Bakıda «Sənayedə brendləşmə» mövzusunda seminar keçirilib
# 12 mart 2014 15:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda «Sənayedə brendləşmə» mövzusunda seminar keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin və tabeliyindəki qurumlar, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Qafqaz Universitetinin nümayəndələri, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantları, eləcə də sahibkarlar iştirak ediblər.

Seminarda çıxış edən İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkədə sənayenin inkişaf etdirilməsinin Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, 2014-cü ilin Azərbaycanda «Sənaye ili» elan olunmasının sənayenin inkişafını əsas prioritetlərdən biri kimi müəyyən etməklə, sənayeləşmə siyasətinin uğurla davam etdirilməsinə təkan verəcəyini qeyd edib.

V.Vəliyev bildirib ki, «Sənaye ili» çərçivəsində İnstitut tərəfindən də müxtəlif tədbirlər həyata keçiriləcək və belə tədbirlər davamlı olacaq. O həmçinin, bu cür seminarların təşkil edilməsinin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.

Sonra Türkiyənin Orta Doğu Texniki Universitetinin texnoparklar bölməsinin vitse-prezidenti Ufuk Batum «Yeni meqa tendensiyalar: gələcək biznesdə, mədəniyyətlərdə və insanların şəxsi həyatında makrodan mikroya doğru imkanlar» mövzusunda təqdimatla çıxış edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR