Kəmaləddin Heydərov Qaxda zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenidən inşa olunmuş binasının açılışında iştirak edib - FOTO

Kəmaləddin Heydərov Qaxda zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenidən inşa olunmuş binasının açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 13 sentyabr 2013 08:41 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, açılışda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib. Açılış mərasimində qeyd olunub ki, bu, Qax rayonunda zəlzələ nəticəsində yararsız hala düşdüyünə görə yenidən tikilən 10-cu məktəb binasıdır.

Nazir zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə danışıb. Bölgədə zəlzələ nəticəsində dağılan onlarla yeni məktəb binası, minlərlə evin yenidən qurularaq istifadəyə verildiyi açıqlanıb.

K. Heydərov məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda müasir avadanlıqlarla təchiz olunan 300 yerlik məktəb binasına baxış keçirilib.

Fövqəladə hallar naziri Qaxdan Zaqatala rayonuna yola düşüb.

K. Heydərov bu gün rayonun Suvagil və Çobankol kəndlərində zəlzələ nəticəsində yararsız hala düşdüyünə görə yenidən tikilən orta məktəb binalarının açılışında iştirak edəcək, daha sonra Zaqatalada vətəndaşların qəbulunu keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR