Nadir Əzməmmədov: “Rahib Hüseynovun həbsinin «Azərbaycan Dəmir Yolları» QSC-nin fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur”

Nadir Əzməmmədov: “Rahib Hüseynovun həbsinin «Azərbaycan Dəmir Yolları» QSC-nin fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur”
# 14 sentyabr 2013 10:37 (UTC +04:00)

Bakı - APA. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun «Marketinq və Tarif» şöbəsinin keçmiş bölmə rəisi Rahib Hüseynovun həbsi barədə yayılan məlumatlara münasibət bildirib.

“Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA-ya bildirib ki, son günlər bir sıra internet portallarında və yazılı KİV-də «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin «Marketinq və Tarif» şöbəsinin keçmiş bölmə rəisi Rahib Hüseynovun dələduzluq əməllərindən bəhs edən «Oliqarx oğlu 48 milyon manat mənimsəməkdə ittiham olunur» sərlövhəli yazılar dərc edilir.

“Məlumat üçün bildiririk ki, dərc edilən məlumatlarda adı çəkilən Rahib Hüseynovun maliyyə fırıldaqlarının dəmir yolunda aparılması kimi iddialar tam əsassızdır. Qohumluq əlaqəsinə gəldikdə isə, o, «Azərbaycan Dəmir Yolları» QSC rəisinin baldızı oğludur. Rahib Hüseynovun həbsinin «Azərbaycan Dəmir Yolları» QSC-nin fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur. Çünki o, bu təşkilatda işləmir”, - deyə N. Əzməmmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR