İki ay əvvəl Sumqayıtda qayınatasını öldürən şəxs beynəlxalq axtarışa verilib - FOTO - VİDEO

İki ay əvvəl Sumqayıtda qayınatasını öldürən şəxs beynəlxalq axtarışa verilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 31 avqust 2013 08:46 (UTC +04:00)

APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı Şamil Əhmədov qəsdən adam öldürməkdə təqsirli bilinir. O, Sumqayıt şəhər hüquq-mühafizə orqanları tərəfindən dövlətlər arası axtarışa verilib. Hazırda onun tutulması üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, məlum qətl hadisəsi bu ilin iyununda Sumqayıt şəhəri, İnşaatçılar prospektində yerləşən yataqxanada qeydə alınıb. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Sumqayıt şəhər sakini Şamil Abdulla oğlu Əhmədov onunla barışmaq üçün yaşadığı ünvana gəlib.

Ş. Əhmədov keçmiş həyat yoldaşı Təranə Hüseynovanı zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb və ər keçmiş həyat yoldaşını döyüb. Bunu görən T. Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş. Əhmədov onu da vurub. Nəticədə kəllə-beyin travması alan T. Hüseynov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR