Səhiyyə naziri Şirvanda vətəndaşlar üçün qəbul keçirəcək

Səhiyyə naziri Şirvanda vətəndaşlar üçün qəbul keçirəcək
# 20 iyun 2013 12:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 21-i saat 11:00-da Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Şirvan, Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Neftçala rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Şirvan-Müalicə Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR