MSK imza vərəqələrinin yoxlanılmasını davam etdirir

MSK imza vərəqələrinin yoxlanılmasını davam etdirir
# 09 sentyabr 2013 14:01 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda prezidentliyə namizədliyi qeydə alınmış Zahid Orucun səlahiyyətli nümayəndələri də qeydə alınıb.

M. Pənahov qeyd edib ki, hazırda 10 təsdiq olunmuş namizəd qeydiyyatdan keçmək üçün imza vərəqələrini MSK-ya təqdim edib.

MSK-nın işçi qrupunun sədri İlham Məmmədov bildirib ki, bəzi namizədlərin imza vərəqələrinin yoxlanması prosesi davam etdirilir. O qeyd edib ki, ümumilikdə vərəqələrini sentyabrın 8-də təqdim edənlərin yoxlanılması prosesi sentyabrın 12-də yekunlaşdırılacaq: “Fuad Əliyevin, Qüdrət Həsənquliyevin, Hafiz Hacıyevin sənədlərinin yoxlanması demək olar ki, başa çatıb. Araz Əlizadənin sənədlərinin yoxlanması yekunlaşmaq üzrədir. Yaxın iki gün ərzində sənədlərin yoxlanması başa çatacaq”.

Qeyd edək ki, ümumilikdə indiyədək 22 nəfərin namizədliyi təsdiqlənib.

İlham Əliyev, İqbal Ağazadə və Zahid Orucun prezidentliyə namizədliyi qeydə alınıb.

“Milli Şura” seçicilərinin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq olunmayıb.

İki nəfər – Əli İsa Ağaevli və İlqar Məmmədov (İlqar Altay) isə öz təşəbbüsləri ilə namizədlikdən imtina ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR