BMT Təhlükəsizlik Şurasının sədri: “Suriya böhranının nizamlanmasına ümidlər “G-20” sammitinə yönəlib”

BMT Təhlükəsizlik Şurasının sədri: “Suriya böhranının nizamlanmasına ümidlər “G-20” sammitinə yönəlib”
# 05 sentyabr 2013 07:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bu bəyanatla Nyu-Yorkda keçirdiyi brifinqdə BMT Təhlükəsizlik Şurasının sədri, Avstraliyanın BMT yanında daimi nümayəndəsi Qeri Kuinlen çıxış edib.

“Təhlükəsizlik Şurasının həlledici üzvlərinin dalana dirəndiyi göz qabağındadır. Daimi üzvlər arasında müzakirələr heç bir nəticəyə səbəb olmayacaq. Qeyri-daimi üzvlərin əksəriyyəti yaranmış vəziyyətdən narahatdır və hesab edirlər ki, diplomatik səylər vasitəsilə vəziyyətdən çıxmaq lazımdır. Hazırda Təhlükəsizlik Şurasının Suriyaya dair rəsmi iclasını çağırmağın mənası yoxdur, çünki bu bir nəticə verməyəcək. Belə görünür ki, biz bu məsələni G-20 liderləri səviyyəsinə həll etməliyik. Təhlükəsizlik Şurası öz rolundan imtina etmir, ən azı hələlik imtina etmir, lakin geosiyasi baxımdan ümidlər “G-20” sammitinə yönəlib. Danışıqların nəticələrini bir neçə gün daha gözləməyə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR