“Polkovnikin xəzinəsi” adlı kinokomediya çəkiləcək

“Polkovnikin xəzinəsi” adlı kinokomediya çəkiləcək
# 11 iyun 2013 12:45 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. “Azərbaycanfilm” kinostudiyasında “Polkovnikin xəzinəsi” adlı yeni kinokomediyanın çəkilişlərinə hazırlıq prosesi gedir. Bu barədə APA-ya studiyanın direktoru Müşfiq Hətəmov məlumat verib. Onun sözlərinə görə, ssenari müəllifləri İlqar Fəhmi, Fikrət Əliyev olan komediyanın rejissoru da Fikrət Əliyevdir.

Film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir.

Filmin çəkilişlərinə gələn həftə başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR