Həsən Ruhani müvafiq hazırlıqlardan sonra Barak Obama ilə görüşməyə hazırdır

Həsən Ruhani müvafiq hazırlıqlardan sonra Barak Obama ilə görüşməyə hazırdır
# 26 sentyabr 2013 19:47 (UTC +04:00)

“Nyu Yorkda BMT Baş Assamleyasının sessiyasında bizdə kifayət qədər vaxt olsaydı, biz, çox güman ki, belə bir görüşün baş tutması üçün əlimizdən gələni edə bilərdik”. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bunu İranın dövlət başçısı “Si-Bi-Es” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, diplomatik münasibətləri 35 il əvvəl kəsilən iki dövlətin başçıları arasında birbaşa təmasların bərpası çox vacibdir, lakin görüşün məzmunu və nəticəsi məsələnin ən əsas məqamlarından biridir. “Bunun üçün də biz çox çalışmalıyıq ki, yüksək səviyyədə keçiriləcək ilk rəsmi görüş müsbət nəticələrlə yekunlaşsın”, deyə Ruhani qeyd edib.

Bundan əvvəl “Vaşinqton Post” qəzetinə müsahibəsində Həsən Ruhani ölkəsinin nüvə proqramı ətrafında vəziyyətin nizamlanacağı təqdirdə İran-ABŞ münasibətlərinin normallaşacağını mümkün sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR