Azərbaycanda beş və beşdən çox uşağı olan qadınlara sosial müavinət ayrılır

Azərbaycanda beş və beşdən çox uşağı olan qadınlara sosial müavinət ayrılır
# 30 sentyabr 2013 08:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.

Layihə barədə məlumat verən H.Rəcəbli bildirib ki, qanuna 4.0.1.12 - “beş və beşdən çox uşağı olan qadına müavinə” adlı maddə əlavə olunur. Qanuna edilən digər əlavədə isə yuxarıdakı əlavənin davamı olaraq izah olunur ki, “beş və beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda verilir”. Eyni zamanda əlavələr layihəsində bildirilir ki, beş və beşdən çox uşağı olan qadınlara müavinət uşağın 18 yaşı tamam olana qədər verilir. Bildirilib ki, müavinət miqdarını müvafiq icra hakimiyyəti təyin edəcək.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR