Prezident İlham Əliyev Masallıda Regional Taekvondo Mərkəzinin açılışında iştirak edib - FOTOSESSİYA

Prezident İlham Əliyev Masallıda Regional Taekvondo Mərkəzinin açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 04 sentyabr 2013 23:37 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev sentyabrın 4-də Masallı rayonunda yeni inşa olunan Regional Taekvondo Mərkəzinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, ərazisi 5613 kvadratmetr olan idman mərkəzinin tikintisinə 2012-ci ildə başlanılıb. İnşaat işləri yüksək səviyyədə aparılıb.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğıdan bəhs edən fotoguşələr yaradılıb.

Sonra dövlət başçısı taekvondo zalı və mərkəzin ərazisi ilə tanış olub.

Səfər çərçivəsində prezident İlham Əliyev həmçinin Masallı Regional Boks Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, boks mərkəzinin təməli 2012-ci ilin əvvəlində qoyulub. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına və idmançılara göstərildikləri qayğını əks etdirən fotostend yaradılıb.

Dövlət başçısı sonra boks zalı ilə tanış olub. Məlumat verilib ki, burada trenajor və ağır atletika zalları, həmçinin gənclərin idmanın digər növləri ilə məşğul olmaları üçün bütün imkanlar var. Mərkəzdə müxtəlif treninqlər və digər tədbirlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR