Avqustda İcbari Sığorta Bürosu tərəfindən 74,9 mindən çox sığorta müqaviləsi bağlanılıb

Avqustda İcbari Sığorta Bürosu tərəfindən 74,9 mindən çox sığorta müqaviləsi bağlanılıb
# 05 sentyabr 2013 09:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 68,5 mindən çox sığorta müqaviləsi bağlanılıb ki, bunların da 23,3 minə qədərini xarici ölkədə qeydiyyata alınıb Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 (bir) ay müddətinə bağlanılan icbari sığorta müqavilələri təşkil edib.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bu ilin avqust ayı ərzində bağlanılmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 5,1 mln. manatdan çox olub.

2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu icbari sığorta növü üzrə müqavilələrin sayında 5,4%, sığorta haqlarının məbləğində isə 15,1% azalma müşahidə edilib. Bu ilin avqust ayında orta sığorta haqqı 75,0 manat təşkil edib.

Həmçinin göstərilən dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə 6 260, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 205, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 2 sığorta müqaviləsi bağlanılıb.

Müvafiq olaraq həmin icbari sığorta növləri üzrə 680 276 manat, 18 330 manat və 190 manat məbləğində sığorta haqqı toplanıb. Daşınmaz əmlakın icbari sığortası müqavilələri üzrə sığorta predmetinin 47%-i Bakı, 4,7%-i Sumqayıt, 3,9%-i Gəncə, 3,0%-i Abşeron, 2,7%-i Zaqatala, 2,1%-i Lənkəran, 36,1%-i isə digər rayonlarda qeydiyyatda olan daşınmaz əmlak təşkil edib. Bu sığorta müqavilələrinin 71,3%-i yaşayış evləri və mənzillər, 0,5%-i inzibati binalar, 28,2%-i digər daşınmaz əmlakla bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR