Azərbaycanlı aktyorun rol aldığı film Kann Kino Festivalında nümayiş olunacaq

Azərbaycanlı aktyorun rol aldığı film Kann Kino Festivalında nümayiş olunacaq
# 08 may 2014 11:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rasim Cəfərovun rol aldığı “Torn” qısametrajlı filmi Kann Kino Festivalının müsabiqədənkənar proqramında nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalın “Rejissor həftəliyi” proqramına daxil edilmiş filmin rejissorları Elmar İmanov və Engin Kundağdır.

İki dünya haqqında qısametrajlı filmdə bugünkü Bakının fonunda iki insanın - ata və oğulun həyatından bir epizod təqdim olunur.

Film Azərbaycanın “Fil Production” və Almaniyanın “Color of May” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Teatrdan bildiriblər ki, mayın 14-dən 25-dək davam edəcək festivalda iştirak etmək üçün teatrın aktyoru R.Cəfərov Fransaya səfər edəcək.

Qeyd edək ki, “Rejissor həftəliyi” Kann festivalının xüsusi paralel proqramıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR