“DəmirBank” səhmdarlarının ümumi yığıncağının gündəliyi açıqlanıb

“DəmirBank” səhmdarlarının ümumi yığıncağının gündəliyi açıqlanıb
# 13 may 2014 11:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İyunun 28-də “DəmirBank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iclasda səhmdarlar bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatını müzakirə edəcək.

İnvestisiya qiymətli kağızlar üzrə illik hesabatın təsdiq edilməsi, Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi, İdarə Heyəti üzvünün təyin edilməsi, xüsusi əhəmiyyətli əqdlərin bağlanması, nizamnaməyə dəyişikliklər edilməsi, mənfəətin bölüşdürülməsi, səhmdarların ümumi yığınacağı haqqında Əsasnamənin, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti haqqında əsasnamələrə dəyişikliklərin təsdiq edilməsi də yığıncağın gündəliyinə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR