“Unibank”da kreditlər komissiyasız olacaq

“Unibank”da kreditlər komissiyasız olacaq
# 24 iyun 2014 07:55 (UTC +04:00)

Bakı. APA-Economics. Silahlı Qüvvələr Günü münasibəti ilə “Unibank”da xüsusi aksiya keçirilir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, iyunun 25-də bank filiallarından nağd kredit götürən hər bir müştəri bütün komissiya xərclərindən azad ediləcək.

Bütün müştərilərə “Albali Plus” kartı hədiyyə olunacaq. Müştərilər yalnız şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla istənilən filiala yaxınlaşıb, bayram aksiyasından yararlana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR