Azərbaycanda sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzi yaradılır - FOTO

Azərbaycanda sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzi yaradılır - <span style="color: red;">FOTO
# 27 iyun 2014 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Universal Çağrı Mərkəzi layihəsinin gedişatı və keçirilmiş təlimlərdə iştirak etmiş dövlət qurumlarının nümayəndələrinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirin rəsmi hissəsi başlamazdan əvvəl təlim iştirakçıları, qonaqlar və KİV nümayəndələri mərkəzin fəaliyyəti ilə tanış olublar.

Nazirliyin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov qeyd edib ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Elektron Azərbaycan” Dövlət Proqramında digər tədbirlərlə yanaşı Sahibkarlıq fəaliyyəti sahəsində Universal Çağrı Mərkəzinin yaradılması da nəzərdə tutulub. Layihənin icrasına 2010-cu ildən başlanıb, sahibkarlıq fəaliyyəti sahəsində universal çağrı mərkəzinə qoşulacaq qurumlar kimi Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyən edilib, Vergilər və İqtisadiyyat və Sənaye Nazirliklərinə bu qurumlara 195 cağrı mərkəzinin bazasında metodiki köməklik göstərilməsi tapşırılıb.

Yaradılacaq xidmət barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu ilin may ayında Universal Çağrı Mərkəzinin loqo və şuarının müəyyən edilməsi üçün müsabiqə elan olunub, müsabiqəyə 113 logo və 354 şuar təqdim edilib. Hazırda həmin işlərdən ən yaxşısının müəyyənləşdirilməsi üçün qiymətləndirmə aparılır. Çağrı Mərkəzlərinin keyfiyyətli və operativ xidmət göstərməsində insan amilinin əhəmiyyətini nəzərə alaraq, həm sıravi əməkdaşların, həm də idarəedici heyətin iki istiqamətdə - qanunvericilik və Çağrı Mərkəzinə dair xüsusi təlim keçməsi nəzərdə tutulub. Qanunvericilik sahəsindəki təlimlər hər bir dövlət qurumunun özü tərəfindən həyata keçirilir, Cağrı Mərkəzinə dair digər təlimlərin isə Vergilər Nazirliyinin təşkilatçılığı ilə icraçı şirkət tərəfindən təşkil olunması planlaşdırılıb.

Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis müavini Məhəmməd Yunusov Universal Çağrı Mərkəzinin yaradılması və onun icrası sahəsində görülmüş işlər, layihə çərçivəsində keçirilmiş treninqlər barədə geniş məlumat verib. Bildirib ki, bununla əlaqədar olaraq xarici ölkələrdən də dəvət olunmuş təlimçilər tərəfindən nəzərdə tutulan treninqlərdən bir qismi (Layihənin İdarəedilməsi, Çağrı Mərkəzinin Effektiv İdarəedilməsi, Çağrı Mərkəzinin Əsas Prinsipləri) artıq keçirilib. Təlimçilər tərəfindən iştirakçıların bu sahədə fəallığı təhlil olunaraq iştirak səviyyəsinə uyğun olan sertifikatlar hazırlanıb.

Sonra 7 dövlət qurumundan təlimə qatılmış 100-ə yaxın nümayəndəyə müvafiq təlimlər üzrə sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR