Moskvada “Avropa təhlükəsizliyinin hərbi və siyasi aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Moskvada “Avropa təhlükəsizliyinin hərbi və siyasi aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 23 may 2013 09:43 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında “Avropanın təhlükəsizliyinin hərbi və siyasi aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Avropa ölkələrinin müdafiə nazirləri, beynəlxalq təşkilatların - NATO, Avropa Birliyi, ATƏT və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi, tanınmış hərbi və siyasi ekspertlər iştirak edir.

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu beynəlxalq konfransın məqsədinin Avropanın mövcud problemlərinin açıq müzakirə olunması və təhlükəsizliyinin təmin olunması üçün qarşılıqlı həll yollarının axtarışından ibarət olduğunu söyləyib.

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov isə prezident Vladimir Putinin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. Tədbirin əhəmiyyətindən danışan S.İvanov Rusiya-ABŞ münasibətlərinə toxunub. O, hava hücumundan müdafiə sahəsində hər iki ölkənin əməkdaşlıq etməsinin vacib olduğunu söyləyib: “Rusiyanın raketdən müdafiə narahatlığının aradan qaldırılması üçün ABŞ və NATO-nun siyasi bəyannaməsi lazım deyil, Rusiyaya hüquqi baxımdan məcburi müqavilə lazımdır. Problemləri siyasi bəyannamələr həll etmir. Silahlanmaya nəzarət mexanizmini bütün ölkələrin maraqlarını nəzərə alan yalnız hüquqi beynəlxalq müqavilə təmin edə bilər".

Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov çıxış ediblər.

Qeyd edək ki, “Avropanın təhlükəsizliyinin hərbi və siyasi aspektləri” beynəlxalq konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və nazirliyin Beynəlxalq Əməkdaşlıq İdarəsinin müdiri, general-mayor Ramiz Nəcəfov iştirak edirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR