Ədliyyə naziri Naftalanda vətəndaşları qəbul edib

Ədliyyə naziri Naftalanda vətəndaşları qəbul edib
# 07 fevral 2014 12:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Naftalan şəhərində vətəndaşların qəbulunu keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Naftalan, Mingəçevir, Yevlax şəhərlərində, Goranboy, Tərtər və digər rayonlarda yaşayan vətəndaşlar, Xocalı şəhərindən olan məcburi köçkünlər iştirak edib.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR