Rusiya 2013-cü ildə Azərbaycana 12 ədəd Mi-35M döyüş helikopteri satıb

Rusiya 2013-cü ildə Azərbaycana 12 ədəd Mi-35M döyüş helikopteri satıb
# 03 aprel 2014 10:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. “Rusiya Helikopterləri” şirkətinə daxil olan “Rosvertol” Açıq Səhmdar Cəmiyyəti 2013-cü ildə Azərbaycana 12 ədəd Mi-35M döyüş helikopteri satıb. APA-nın məlumatına görə, bu barədə “Rosvertol” zavodunun illik hesabatında qeyd olunub.

Azərbaycana satılan helikopterlərin ümumi dəyəri 8,46 milyard rubl təşkil edib.

Müəssisə ötən il Rusiyanın müvafiq qurumlarına Mi-26, Mi-28N, Mi-35M və İraqa Mi-35M tipli döyüş helikopterləri satıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidməti 2010-cu ilin sentyabr ayında Rusiyaya 24 ədəd Mi-35M tipli döyüş helikopteri sifariş verib. Helikopterlərin çatdırılmasına 2011-ci ilin dekabr ayından başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR