İranın yeni prezidenti və energetika naziri Urmiya gölündəki ekoloji problemi müzakirə edib

İranın yeni prezidenti və energetika naziri Urmiya gölündəki ekoloji problemi müzakirə edib
# 03 iyul 2013 08:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın yeni prezidenti Həsən Ruhani ilə ölkənin energetika naziri Məcid Namcu arasında görüş keçirilib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə İranın şimal-qərbində yerləşən Urmiya gölündəki ekoloji problem də əsas müzakirə mövzusu olub. Ancaq xəbərin detalları barədə ətraflı məlumat verilməyib.

Bundan əlavə, M.Namcu İranın mərkəzindəki Zayend-e Rud, cənub-qərbdəki Qətavənd su anbarı kimi infrastruktur layihələri, İranın su və elektrik enerjisi iqtisadiyyatı, elektrik enerjisi sahəsindəki ehtiyaclar və əldə edilmiş irəliləyişlərlə bağlı H.Ruhanini ətraflı məlumatlandırıb. Sonda mövcud problemlərin aradan qaldırılması və məsələlərin daha çox araşdırılması üçün prezident və nazirliyin nümayəndələrindən ibarət komitələrin yaradılmasına qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR