Azərbaycanda məktəb direktorunun meyiti su arxından tapılıb

Azərbaycanda məktəb direktorunun meyiti su arxından tapılıb
# 05 sentyabr 2013 16:29 (UTC +04:00)

Zərdab Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, 1950-ci il təvəllüdlü Nuriyev Adil Dadaş oğlunun dünən axşam saat 19:00 radələrindən itkin düşməsi ilə bağlı bu gün şöbəyə müraciət daxil olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün saat 16:00 radələrində A. Nuriyevin meyiti rayon ərazisindən keçən su arxından tapılıb.

Qeyd edək ki, A. Nuriyev Zərdab rayon Bəyimli qəsəbəsi tam orta məktəbinin direktoru vəzifəsində çalışırmış.

Hadisənin necə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR