IX “Məzun 2014” əmək yarmarkası keçiriləcək

IX “Məzun 2014” əmək yarmarkası keçiriləcək
# 22 may 2014 16:17 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sabah Azərbaycan Dövlət İqtisad Universitetində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə IX “Məzun 2014” əmək yarmarkası keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarmarkada 100-ə yaxın dövlət qurumları, sənaye müəssisələri, banklar, yerli və xarici şirkətlər vakansiyalarını təqdim edəcəklər.

Eyni zamanda gənclərin staj keçmək və təqaüd proqramlarında iştirak etməklə bağlı məlumatlar da tələbələrin diqqətinə çatdırılacaq. Yarmarka zamanı yerli sənaye və istehlak məhsullarının sərgisinin təşkil edilməsi planlaşdırılıb. Həmçinin, yarmarka günü şirkətlər tələbə və məzunlar üçün müxtəlif tipli uduşlu lotereyalar, hədiyyəli kampaniyalar, maraqlı müsabiqələr, mükafatlandırma və tanıtım aksiyalarını təşkil edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR