İranın müdafiə naziri: “Rusiya S-300-lərin İrana təhvil verilməsi ilə bağlı imzaladığı müqaviləyə sadiq qalmalıdır”

 İranın müdafiə naziri: “Rusiya S-300-lərin İrana təhvil verilməsi ilə bağlı imzaladığı müqaviləyə sadiq qalmalıdır”
# 29 oktyabr 2013 13:12 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın müdafiə naziri, general Hüseyn Dehqan bildirib.

Onun sözlərinə görə, sanksiyalar müqavilənin şərtlərinin yerinə yetirilməsindən imtina üçün bəhanə olmamalıdır: “Bu müqavilənin həyata keçirilməsinə ABŞ və onun müttəfiqlərinin tövsiyələri mane olur. Halbuki iki ölkə arasında müqavilə BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi qətnamələrdən əvvəl imzalanıb”.

Qeyd edək ki, İranla Rusiya arasında 2007-ci ildə S-300 PMU-1 zenit-raket kompleksinin satışına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya İrana 800 milyon dollar qarşılığında 5 ədəd S-300 PMU-1 zenit-raket kompleksi satmalı idi. Ancaq 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurasının İrana qarşı dördüncü sanksiya paketini qəbul etməsindən sonra Rusiya müqavilənin icrasını dayandırıb və noyabrın 7-də satışı tamamilə ləğv edib. Bu səbəbdən İran Rusiyanı beynəlxalq məhkəməyə verərək 4 milyard dollara yaxın təzminat istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR