İslabamadda İran və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib

İslabamadda İran və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib
# 20 dekabr 2013 10:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüş 19-da İslamabadda keçirilmiş “D-8” ölkələrinin Nazirlər Şurasının XVI toplantısı çərçivəsində baş tutub.

Görüşdə Əhməd Davudoğlunun İrana həyata keçirdiyi son səfər çərçivəsində müzakirə edilən mövzularla bağlı razılığa gəlinmiş bəzi nöqtələr barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda xəbərdə hər iki nazirin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və regional mövzularda əməkdaşlığın artırılması üçün qarşılıqlı dəyərləndirmələr etdiyi qeyd olunub. Bundan əlavə, gələcəkdə qarşılıqlı səfərlərin davam edəcəyi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhaninin qarşılıqlı səfərlərinin zamanının müəyyənləşdirilməsi üçün müzakirələr apardığı da vurğulanıb. Həmçinin Məhəmməd Cavad Zərifin Həzrəti Mövlanənin vəfatının 740-cı ildönümü ilə bağlı Konyada keçirilən “Şəb-i Ərus” mərasimlərinə qatıla bilmədiyi üçün üzr istəyərək, Ə.Davudoğlunun da özünü tədbirlərə həmişə gözlədiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR