Bakıda şirniyyat sexində baş verən partlayışda xəsarət alanlardan ikisi İran vətəndaşıdır

Bakıda şirniyyat sexində baş verən partlayışda xəsarət alanlardan ikisi İran vətəndaşıdır
# 12 may 2014 11:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda şirniyyat sexində baş verən partlayışda xəsarət alanların adları açıqlanıb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 11-də İ.Dadaşov küçəsində qeydə alınıb. Bakı şəhər sakini Şakir Gözəlova məxsus şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə bütövlükdə sexin yanar konstruksiyaları və obyektdəki əşyalar yanıb, orada işləyən İran vətəndaşları Cəccat Ovcani, Murtuza Əlizadə, qardaşı Mustafa və Bakı şəhər sakini Mahrux Hüseynova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR