Lənkəranda alman faşizmi üzərində qələbənin ildönümü qeyd olunub - FOTOSESSİYA

Lənkəranda alman faşizmi üzərində qələbənin ildönümü qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 09 may 2013 16:45 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Mayın 9-da Lənkəran şəhərində alman faşizmi üzərində qələbənin 68-ci ildönümü təntənə ilə qeyd olunub.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) Aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önündə ümumrayon tədbiri keçirilib. Məktəblilərin ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiya iştirakçılarda xoş təəssürat yaradıb.

Daha sonra Həzi Aslanovun ata ocağı Gərmətük qəsəbəsinə gələn tədbir iştirakçıları qəsəbədə yenidən qurulmuş Böyük Vətən müharibəsi abidə kompleksini, rəşadətli sərkərdənin büstünü ziyarət edərək, önünə gül dəstələri qoyublar. Məktəblilər qəhrəmanlıq, ana, vətən mövzusunda şeirlər söyləyiblər.

Qonaqlarla birlikdə Həzi Aslanovun şəhərin mərkəzindəki ev-muzeyinə baş çəkən rayon rəsmiləri qəhrəmanın həyat və döyüş yolunu əks etdirən ekspozisiyalarla tanış olublar.

Bayram şənliyi Veteranlar klubunda ziyafət stolu arxasında davam etdirilib. Bayram sevincini veteranlarla bölüşən icra başçısı Taleh Qaraşov onlara göstərilən yüksək dövlət qayğısından söz açıb, bütün lənkəranlı müharibə veteranlarına ən xoş arzularını çatdırıb.

Rayon Veteranlar Şurasının sədri Musarza Əzimov, rayon Ağsaqqallar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının üzvü Kamal Kələntərli və başqaları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR