Elçin Hüseynbəylinin dörd romanı təkrar nəşr olunub

Elçin Hüseynbəylinin dörd romanı təkrar nəşr olunub
# 13 fevral 2014 12:14 (UTC +04:00)

Bakı – APA. Yazıçı Elçin Hüseynbəylinin dörd romanı təkrar nəşr olunub. APA-nın xəbərinə görə, bunlar “Balıq adam”, “Aişə”, “Yovşan qağayılar” və “Metro vadisi” kitablarıdır.

Yeni dizaynda, nəfis tərtib edilmiş kitablar “Qələm” nəşriyyatının məhsuludur. “Aişə” romanı “Tut ağacı boyunca” xalq mahnısının motivləri əsasında yazılıb. “Metro vadisi”ndə müəllif oxucunu “qadın ərini, yoxsa qardaşını sevməlidir” dilemması qarşısında qoyur. “Balıq adam”ın qəhrəmanı hamı kimi olmadığı üçün sınağa çəkilir və nağıllardan fərqli olaraq əsərdə Şər qüvvələr qalib gəlir. “Yovşan qağayılar” əsərində insan yaddaşı qabardılır. 100 illik dövrü əhatə edən hadisələr bu günə qədər uzanır.

Romanlar axıcı təhkiyyəyə malikdir və modern üslubdadır. Kitabları supermarketlərdən və kitab mağazalarından sərfəli qiymətə əldə etmək olar.

“Qələm” nəşriyyatı yaxın zamanlarda müəllifin imza gününü planlaşdırır. E.Hüseynbəylinin seçmə hekayələrdən ibarət kitabı da adı çəkilən nəşriyyatda çapa hazırlanır. Nəşriyyat son bir ildə E.Hüseynbəylinin doqquz kitabını (biri rus dilində) yayımlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR