Məşhur Rumıniya futbolçusu özünü xəstəxananın pəncərəsindən ataraq intihar edib

Məşhur Rumıniya futbolçusu özünü xəstəxananın pəncərəsindən ataraq intihar edib
# 21 avqust 2013 04:37 (UTC +04:00)

Bakı-APA. Məşhur rumın futbolçusu və məşqçisi Kostike Ştefenesku Buxarestdəki hərbi hospitalın 5-ci mərtəbəsindən özünü aşağı ataraq intihar edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Kostike Ştefenesku xərçəngin ağır formasından əziyyət çəkirmiş. Xəstəxanaya daxil olmamışdan əvvəl o Almaniyada uğursuz müalicə kursu keçib.

Rumıniyanın üçqat çempionu, ölkə Kubokunun beşqat sahibi olan Ştefenesku 1977-1985-ci illərdə milli yığmanın tərkibində çıxış edib. 1986-cı ildən 2012-ci ilədək “Styaua”, “Politexnik” və “Universitati” klublarının baş məşqçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR