Pakistan hərbi sənayesinin aparıcı firmasının nümayəndə heyəti Azərbaycana gəlib

Pakistan hərbi sənayesinin aparıcı firmasının nümayəndə heyəti Azərbaycana gəlib
# 05 sentyabr 2013 08:46 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Pakistan müdafiə sənayesinin aparıcı firmalarından olan “Global Industrial & Defence Solutions” (GIDS) şirkətinin nümayəndə heyəti Azərbaycana gəlib. APA-nın məlumatına görə, şirkətin İdarə Heyətinin sədri Zübeir İqbal Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Nümayəndə heyətinin Azərbaycanda müxtəlif görüşləri gözlənilir.

Qeyd edək ki, Azərbaycan tərəfi GİDS firması ilə birgə RPB-1 (Runway Penetration Bomb-1) adlı aviasiya bombalarının Bakıda istehsalının qurulmasına maraqlı olduğunu açıqlayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR