Bakıda yol qəzaları əleyhinə müasir tədris mərkəzi istifadəyə verilib - FOTO

Bakıda yol qəzaları əleyhinə müasir tədris mərkəzi istifadəyə verilib - <span style="color: red;">FOTO
# 22 noyabr 2013 15:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yol qəzalarının minimuma endirilməsi məqsədilə müasir tədris mərkəzi istifadəyə verilib. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

V.Əsədov qeyd edib ki, yol qəzalarının minimuma endirilməsində təbliğat işlərinin mütəmadi təşkil edilməsi məqsədilə BŞDYPİ və Bakı şəhəri 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi ilə birgə bir sıra layihələr həyata keçirilir.

Bu gün Ümumdünya yol qəzaları qurbanlarının xatirəsinin yad etmək məqsədilə mərkəzin avtoşəhərciyində tədbir keçirilib. Tədbirdə paytaxtın bir neçə məktəblərindən 500-ə qədər şagird və müəllim kollektivi, valideyn komitəsi, eləcə də digər dəvət almış qonaqlar iştirak ediblər. Tədbirdə bildirilib ki, cari ilin 9 ayında azyaşlıların iştirakı ilə 60 yol-qəza hadisəsi qeydə alınıb. Qəzalarda 13 azyaşlı ölüb, 51 nəfəri isə xəsarət alıb.

BŞDYPİ yaş həddindən asılı olmayaraq, yol hərəkəti qaydalarına dair tələbləri, eləcə də avtomobil idarə etmə vərdişinə yiyələnmək üçün müasir standartlara cavab verən yeni tədris mərkəzinin açılması üçün təşəbbüs irəli sürüb və Azərbaycan Mühəndislər Assosiasiyasının təşkilatçılığı ilə iki mərtəbəli 30 şagirdin iştirakı ilə yol hərəkəti qaydalarına və avtonəqliyyat vasitələrinə dair müasir tədris kompleksi istifadəyə verilib. Kompleksdə şagirdlərin avtomobil sürmə vərdişinə tam yiyələnməsi üçün proqramlaşdırılmış, istənilən şəraitə uyğun avtomobil idarə etmək üçün maket quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR