Prokuror İnquşetiya terrorçularının sabiq liderinə 25 il həbs cəzası tələb edib

Prokuror İnquşetiya terrorçularının sabiq liderinə 25 il həbs cəzası tələb edib
# 03 oktyabr 2013 07:16 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Şimali Qafqaz Dairə Məhkəməsi “Maqas” ləqəbli terrorçunun cinayət işi üzrə məhkəmə istintaqını yekunlaşdırıb. Son sözlə çıxış edən Ə. Taziyev özünü günahkar saymadığını bildirib. Hökm oktyabrın 15-də elan olunacaq.

“Kommersant” qəzetinin yazdığına görə, Ə. Taziyev yaxalandıqdan sonra istintaqla əməkdaşlıq edib və bunun nəticəsində hüquq-mühafizə orqanları bir sıra uğurlu əməliyyatlar keçiriblər və bir çox cinayətin üstünü açıblar.

Ə. Taziyevə qarşı qanunsuz silahlı birləşmələrin yaradılması, silahlı qiyam, silah və döyüş sursatının qanunsuz dövriyyəsi, quldurluq, terrorçuluq və ölümə sui-qəsd ittihamları irəli sürülüb. İstintaqın versiyasına əsasən onun iştirakçısı olduğu terror aktları nəticəsində 26 nəfər ölüb, 344 nəfər yaralanıb.

Ə. Taziyev 2010-cu ildə İnquşetiyanın Malqobek şəhərində yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR