Azərbaycanın Pakistandakı səfirliyi və “Sosial və Humanitar Elmlərin İnkişafı Universitetlərarası Konsorsiumu” arasında anlaşma memorandumu imzalanıb - FOTO

Azərbaycanın Pakistandakı səfirliyi və “Sosial və Humanitar Elmlərin İnkişafı Universitetlərarası Konsorsiumu” arasında anlaşma memorandumu imzalanıb - <span style="color: red;">FOTO
# 09 may 2013 15:15 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Pakistanda keçirilən silsilə tədbirlərin davamı olaraq Azərbaycanın Pakistandakı səfirliyi və 12 universiteti birləşdirən “Sosial və Humanitar Elmlərin İnkişafı Universitetlərarası Konsorsiumu” (IUCPSS) arasında anlaşma memorandumu imzalanıb. Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən bildiriblər.

Sənədi İUCPSS sədri, professor Məhəmməd Nizamuddin və Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov tərəfindən imzalanıb.

Memorandumun müddəalarına görə, konsorsiuma daxil olan universitetlərin hər birində Heydər Əliyev guşəsinin açılması, iki ölkələrin universitetləri arasında əlaqələrin qurulması, müştərək elmi tədqiqatların aparılması, gənclər arasında mübadilə proqramların və idman yarışlarının keçirilməsi nəzərdə tutulur.

İUCPSS-in sədri Məhəmməd Nizamuddinin sözlərinə görə, Heydər Əliyev irsinin öyrənilməsi, elmi tədqiqatların aparılması və bu məqsədlə də konsorsiuma daxil olan universitetlərdə Heydər Əliyev guşələrinin açılması çox böyük önəm kəsb edir.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov isə Heydər Əliyevin həyat və fəaliyyəti, elm və təhsilin inkişafına, gənclərə qayğısı barədə ətraflı məlumat verib. Səfir Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Pakistanın 12 universitetində Heydər Əliyev guşələrinin açılmasını, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsini nəzərdə tutan Memorandumun imzalanmasını əlamətdar hadisə kimi qiymətləndirib.

Nitqinin sonunda D.Şikarov Konsorsiuma daxil olan hər bir universitetin 3 əlaçı tələbəsinə Heydər Əliyev təqaüdünün ayrıldığını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR