Azərbaycan Texniki Universitetində eyvan uçub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb - VİDEO

Azərbaycan Texniki Universitetində eyvan uçub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 17 yanvar 2014 07:07 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub.

Nəticədə orada təmir işləri aparan “AZİNFORT MMC” şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR