Bakıda 31 yaşlı kişini güllələyən qrupun daha bir üzvü həbs edilib

Bakıda 31 yaşlı kişini güllələyən qrupun daha bir üzvü həbs edilib
# 05 sentyabr 2013 10:52 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Elçin Fərəcovu qətlə yetirən qrupun digər üzvü, Sabirabad rayon sakini Murad Məmmədov tutulub.

Qeyd edək ki, məlum hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu odlu silahla güllələyib. Nəticədə xəstəxanaya çatdırılan E. Fərəcovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR