Moskvada Azərbaycan vətəndaşı öldürülüb - VİDEO

Moskvada Azərbaycan vətəndaşı öldürülüb - <span style="color: red;">VİDEO
# 12 noyabr 2013 06:54 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, noyabrın 12-nə keçən gecə polisə Bryanskaya küçəsi, ev 3 ünvanında bir nəfərin bıçaq zərbəsi ilə yaralandığı haqda məlumat daxil olub. Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları üzərində çoxsaylı xəsarətlər olan kişi meyiti aşkarlayıblar. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, öldürülən şəxs 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.

Fakt üzrə cinayət işi qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR