Türkiyənin Azərbaycandakı səfirliyi Şəhidlər gününü anıb

Türkiyənin Azərbaycandakı səfirliyi Şəhidlər gününü anıb
# 18 mart 2014 08:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən 18 mart Şəhidlər günü anılıb.

APA-nın məlumatına görə, Bakıdakı Türk Şəhidliyində keçirilən mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Bakıda fəaliyyət göstərən türk iş adamları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunda xidmət edən zabitləri iştirak ediblər.

Səfir İsmail Alpər Coşqun tərəfindən 1918-ci ildə Azərbaycanın bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsində şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub. İki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra Şəhidlikdəki Şərəf dəftərini imzalayan səfir qeyd edib ki, türk xalqı şəhidlərini heç zaman unutmayacaq: “Burada şəhid olan və Azərbaycan əsgəri ilə yanaşı dəfn edilənlər Türkiyə və Azərbaycan xalqının eyni taleni paylaşdığının sübutudur”.

Daha sonra mərasim iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib.

Səfir İsmail Alpər Coşqun tərəfindən Əbədi Məşəl Kompleksinin önünə əklil qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR