Qəbələ Peşə Liseyinin itkin düşən tələbəsi Bakıda tapılıb

 Qəbələ Peşə Liseyinin itkin düşən tələbəsi Bakıda tapılıb
# 31 mart 2014 13:06 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunda itkin dünən 17 yaşlı oğlan tapılıb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Qəbələ şəhərinin Məmməd Araz küçəsindəki 12 saylı mənzildə yaşayan Surxayev İlqar Rafiq oğlu Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, onunla birgə yaşayan oğlu - 1997-ci il təvəllüdlü Cavid Rafiqli martın 25-də səhər saat 10:00 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cavid Rafiqli 5 gündən sonra Bakı şəhərindən, dənizkənarı bulvar ərazisindən tapılıb.

Məlumata görə, Qəbələ rayon Peşə Liseyinin tələbəsi olan Cavid Rafiqli heç vaxt Bakı şəhərində olmayıb və çoxdankı arzusuna çatmaq üçün ailə üzvlərindən xəbərsiz paytaxta gedib. O, Bakıya tək getdiyini, gecələr bulvardakı və avtovağzaldakı oturacaqların üstündə yatdığını, üzərində heç bir sənədin, cibində isə pulunun olmadığını bildirib. Cavid Rafiqli rayona gətirilərək ailəsinə təhvil verilib.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR