AXCP sədrinin müavini Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb

AXCP sədrinin müavini Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb
# 08 oktyabr 2013 10:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bu gün Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə APA-ya açıqlama verən F. Qəhrəmanlı bildirib ki, BŞBPİ-yə çağırılmasına səbəb seçkilərdən sonra kütləvi aksiyaların təşkil edilməsi ilə bağlı mətbuata verdiyi açıqlama olub: “Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevin iştirakı ilə görüş oldu. Orda seçkidən dərhal sonra kütləvi etiraz aksiyalarının təşkil olunması ilə bağlı mətbuata verdiyim açıqlama ilə əlaqədar mənə xəbərdarlıq edildi. Bildirildi ki, razılaşdırılmamış aksiyalar olacağı təqdirdə, məsuliyyət daşıyacağam”.

F. Qəhrəmanlı qeyd edib ki, seçki saxtalaşdırılacağı təqdirdə, Milli Şura tərəfindən təşkil olunacaq aksiyalar Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılacaq və qurum hər hansı razılaşdırılmamış, qarşıdurma yaradan aksiyanın əleyhinədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR